Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artırıldı
20 oktyabr 2015 13:32 (UTC +04:00)

Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artırıldı

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

 

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir. 

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar