Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artırılır - <span style="color:red;">QANUN DƏYİŞDİRİLƏCƏK
15 oktyabr 2015 17:16 (UTC +04:00)

Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artırılır - QANUN DƏYİŞDİRİLƏCƏK

 

 

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.

 

Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar