Nazir: “22 milyon manatlıq mal ixrac edilib”
	Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ötən il 22 milyon manat həcmində məhsul ixracatı həyata keçirib. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirib. Nazir vurğulayıb  ki, 2013-cü ildə də ixracatın artırılması yönündə işlər görüləcək.
	
	O bildirib ki, bu məqsədlə MSN-in müəssisələrində yeni müdafiə təyinatlı məhsulların yaradılması və istehsalının təşkili ilə bağlı işlər görülür, artıq bir sıra layihələrin reallaşdırılmasına başlanılıb.
 
                 
                            