Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2013-cü il büdcəsi haqqında fərman imzalayıb.
“APA-Economics”in xəbərinə görə, fərmana uyğun ARDNF-ın 2013-cü il büdcəsinin gəlirləri 11 482 040,4 min manat, xərcləri 13 403 099,4 min manat məbləğində təsdiq edilib.
Prezident “2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nı da təsdiqləyib. ARDNF-a bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.