Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanun qəbul edildi
20 oktyabr 2015 14:15 (UTC +04:00)

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanun qəbul edildi

 Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi müzakirə olunub.

 

"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.

 

Onun sözlərinə görə, qanun layihəsinə sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.

 

Daha sonra sənəd səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar