Arvad iş tapmayan  ərini DOĞRADI
15 may 2025 13:30 (UTC +04:00)

Arvad iş tapmayan ərini DOĞRADI

Rusiyanın Yaroslavl vilayətində arvad ərini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mışkinski rayonunda baş verib. Qadın ərinə 36 bıçaq zərbəsi vurub. Cütlük iki il əvvəl evlənib.

Məlumata görə, 35 yaşlı Sveta sabit iş tapa bilməyən 30 yaşlı əri ilə daim mübahisə edirmiş. Hadisə günü onların evindən qışqırıq səsləri eşidilib. Qonşular polisə zəng edərək evdə bir nəfərin döyüldüyünü bildiriblər. Bir neçə saatdan sonra kişi həyat yoldaşının hücumuna məruz qalaraq dünyasını dəyişib.

Mübahisə zamanı Sveta bıçağı götürərək ərini dayanmadan, xaotik şəkildə ürəyi, mədəsi və qollarından bıçaqlayıb. Kişi huşunu itirsə də, qadın dayanmayıb. Gələn həkimlər yalnız ölümü təsdiqləyiblər. Qatil qadın həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146

Oxşar yazılar