Tünd şokolad qan təzyiqini endirir
15 may 2025 15:50 (UTC +04:00)

Tünd şokolad qan təzyiqini endirir

Alimlər sübut edib ki, üzüm, alma, tünd şokolad və yaşıl çayı qan təzyiqini effektiv şəkildə endirir. 

Lent.az "European Journal of Preventive Cardiology" elmi nəşrinə istyinadən xəbər verir ki, alimlər bu məhsulların faydalı təsirini, kakao, çay yarpaqları, bəzi giləmeyvələr və meyvələrdə olan antioksidant birləşmə – flavan-3-ol ilə əlaqələndirirlər. 

Bu mövzuda 145 araşdırma aparılıb və bu araşdırmalar göstərib ki, flavan-3-ollar yüksək qan təzyiqini sürətlə sabitləşdirməyə kömək edir. Alimlər qeyd ediblər ki, əksər hallarda bu antioksidant birləşmələrinin təsiri dərmanların istifadəsi ilə müqayisə oluna bilər.

Araşdırmalar həmçinin göstərib ki, flavan-3-ollar endotelyumun düzgün işləməsini təmin edir. Bu, qan damarlarının daxili təbəqəsidir və bütün ürək-damar sisteminin sağlamlığının qorunmasında mühüm rol oynayır. Çox vacibdir ki, bu təkmilləşmə qan təzyiqinin dalğalanmalarından asılı olmadan baş verir. Bu isə göstərir ki, bu antioksidant birləşmələri orqanizmə geniş spektrli müsbət təsir göstərir.

Ancaq alimlər qeyd edirlər ki, alma, tünd şokolad, çay və üzümün istifadəsi təzyiqlə bağlı problemlər olduqda dərman müalicəsini tamamilə əvəz edə bilməz. Lakin onların balanslı pəhriz daxilində mütəmadi istehlakı ürək və damar sağlamlığını qorumaqda effektiv bir köməkçi ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar