Meksikada TikTok-da makiyaj dərsləri ilə tanınan 23 yaşlı bloqqer Valeria Markes canlı yayım zamanı öldürülüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Zapopan şəhərində, qızın işlədiyi gözəllik salonunda baş verib. Canlı yayımın əvvəlində o, kiminsə ona bahalı hədiyyə qoymağa çalışdığını, lakin bu adamı gözləmək fikrində olmadığını bildirib. Daha sonra silahlı şəxs salona girərək atəş açıb.
Hadisə şahidlərinin sözlərinə görə, canlı yayımdan bir qədər əvvəl arxa planda kiminsə Valeriyaya binaya yaxınlaşması barədə xəbərdarlıq etdiyi eşidilib.
Bir neçə dəqiqə sonra atəş səsləri eşidilib. Hücuma baxmayaraq, kimsə gəlib kameranı söndürənə qədər yayım bir müddət davam edib.
Zərərçəkən hadisə yerində ölüb. Halisko ştatının yerli prokurorluğu artıq istintaqa başlayıb.
Markesin sosial mediada 200 minə yaxın izləyicisi var.