Atasını güllələyən şəxsin istintaqı başa çatdı
18 may 2022 08:06 (UTC +04:00)

Atasını güllələyən şəxsin istintaqı başa çatdı

Tovuzda atasını qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il  fevralın 14-də Hunanlar kəndində qeydə alınıb. C.Əliyev evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qamət Əliyevi qətlə yetirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

# 1515
avatar

Oxşar yazılar