Bakı-Qazax magistralında TIR aşdı,  sürücü xəsarət aldı
20 oktyabr 2026 00:53 (UTC +04:00)

Bakı-Qazax magistralında TIR aşdı, sürücü xəsarət aldı

0

 

Bakı-Qazax magistralında yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza magistralın 83-cü kilometrliyində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu TIR yük avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə TIR yoldan çıxaraq aşıb.

Hadisə zamanı TIR-ın sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar