Gülnar Qaraxanova və iki azyaşlı övladı
17 iyun 2022 12:50 (UTC +04:00)

Gülnar Qaraxanova və iki azyaşlı övladı

Bakıda ananı və iki övladını öldürən kişidən YENİ XƏBƏR

Bakıda ana və iki azyaşlı övladını öldürən Əhəd Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu il fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 41 yaşlı Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

# 4605
avatar

Mehman Nəbiyev

Oxşar yazılar