Avqustun 19-da saat 2 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 46 yaşlı Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
Lent.az-ın məlumatına görə, araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.