Cennifer Aniston  ildırım sürətilə nişanlanır
19 avqust 2025 11:46 (UTC +04:00)

Cennifer Aniston ildırım sürətilə nişanlanır

Magazin dünyası son zamanlarda məşhur ulduzun yeni yaranan məhəbbətindən danışmadan dayana bilmir…

Lent.az xarixi KİV-ə istinadən xəbər verir ki, həm televiziya ekranının, həm də kino aləminin ən çox sevilən ulduzlarından biri olmasına və həyatına girən nağıl kimi eşqlərə baxmayaraq, eşq məsələlərində bəxti çox da gətirməyən məşhur sima bu aralar olduqca xoşbəxtdir…

İki uğursuz evlilikdən sonra həyatına heç kəsi buraxmayan Cennifer Aniston nəhayət ki, xoşbəxtliyi tapdı.

Bir müddətdir Cim Curtis adlı, kitabları və bir çox müştərisi olan hipnoz terapevti – yəni hipnoz mütəxəssisi ilə birlikdə olan Cennifer Anistonun bu məhəbbətindən olduqca əmin olduğu və bu dəfə əlini çəkmək istəmədiyi danışılır.

Cütlük tanışlığa yeni başlamış olsa da, özlərini “illərdir” bir-birlərini tanıyırmış kimi hiss edirlər və 56 yaşlı Friends ulduzu, iki uğursuz evlilikdən sonra nəhayət ki, “həmişəlik birlikdə olacağı kişini” tapdığına inanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar