Bakıda qayınatasını ÖLDÜRƏN  kürəkən tutuldu - YENİLƏNİB
18 may 2022 19:52 (UTC +04:00)

Bakıda qayınatasını ÖLDÜRƏN kürəkən tutuldu - YENİLƏNİB

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda istintaq davam edir.
 

***

10:50

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Şuşa şəhərciyində qeydə alınıb.

35 yaşlı Heydərov Taleh Qara oğlu şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qayınatası, 44 yaşlı Qənbərov Qabil Mirhüseyn oğluna çoxsaylı bıçaq zərbələri vurub.

Q.Qənbərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisəni törədən T. Heydərov oradan qaçıb. 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Polis T. Heydərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

# 4266
avatar

Mehman Nəbiyev

Oxşar yazılar