Xalq artisti xəstəxanaya yerləşdirildi
06 oktyabr 2026 14:18 (UTC +04:00)

Xalq artisti xəstəxanaya yerləşdirildi

0

Xalq artisti və aparıcı Ofeliya Sənani xəstəxanaya yerləşidirilib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib. Məlumatda bildirilib ki, diktorun bud sümüyü sınıb:

"Oktyabrın 5-də saat 18:15-də 85 yaşlı Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bud sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında oktyabrın 5-də saat 21 radələrində digər tibb müəssisəsinə təxliyə olunub".

Qeyd edək ki, Xalq artistinin yaşadığı evdə yıxılaraq, xəsarət aldığı iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar