Şagirdlər arasında bıçaqlanma - 7 nəfər yaralandı, 1 nəfər öldü   -YENİLƏNİB
06 oktyabr 2026 16:50 (UTC +04:00)

Şagirdlər arasında bıçaqlanma - 7 nəfər yaralandı, 1 nəfər öldü -YENİLƏNİB

0

İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil İmam Hatip orta məktəbində bıçaqlı hücum nəticəsində bir şagird ölüb, yeddisi yaralanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, başqa məktəbdə təhsil alan 15 yaşlı F.M. məktəbə daxil olaraq yaşları 10-13 arasında olan şagirdlərə bıçaqla hücum edib. O, polis tərəfindən saxlanılıb.

Türkiyənin təhsil naziri Yusuf Tekin yaralılardan birinin xəstəxanada öldüyünü açıqlayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb, iki müfəttiş təyin olunub. Məktəbdə dərslər iki gün müddətinə dayandırılıb.

***

11:14

Türkiyədə məktəblilər arasında bıçaqlanma olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip orta məktəbində baş verib.

Şagirdlər arasında naməlum səbəbdən dava olub. Dava zamanı onlardan biri bıçaqla 5 nəfəri yaralayıb.

Yaralılar hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onların müalicəsinə başlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1200

Oxşar yazılar