Naftalanda sanatoriyadan meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb.
Meyiti tapılan şəxsin Özbəkistan Respublikasının vətəndaşı, 69 yaşlı Zufarof Mahmudoviçdir.
Onun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.