Bakıda maşından külli miqdarda narkotik tapıldı
29 noyabr 2021 15:13 (UTC +04:00)

Bakıda maşından külli miqdarda narkotik tapıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə əməliyyat-axtarış tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə Səbail rayonu ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 60 qram heroin, idarə etdiyi “Hyundai” markalı avtomobildən 6 kiloqram 470 qram marixuana, 2 kiloqram 450 qram heroin, 400 ədəd metadon, 180 ədəd pregabalin həbləri, onunla birgə olan paytaxt sakini S.Təhməzovdan isə 30 qram heroin aşkar edilərək götürülüb.

# 1467
avatar

Mehman Nəbiyev

Oxşar yazılar