Binanın həyətindən çılpaq meyit  tapıldı, araşdırma başladı
20 avqust 2026 17:22 (UTC +04:00)

Binanın həyətindən çılpaq meyit tapıldı, araşdırma başladı

0

Rusiyanın Yekaterinburq şəhərində çoxmərtəbəli binanın həyətində kişi meyiti aşkarlanıb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tsvillinqa küçəsində baş verib.

Şahidlər ölən şəxsin tamamilə çılpaq vəziyyətdə olduğunu bildiriblər.

Əraziyə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Şahidlərin sözlərinə görə, reanimasiya briqadası kişinin həyatını xilas etməyə çalışsa da, bu mümkün olmayıb. Ölən şəxsin gənc olduğu bildirilir.

İlkin məlumata görə, ölümün kriminal xarakter daşımadığı ehtimal edilir. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar