Hakim partiyanın deputatı avtomobilində GÜLLƏLƏNDİ
05 sentyabr 2026 12:58 (UTC +04:00)

Hakim partiyanın deputatı avtomobilində GÜLLƏLƏNDİ

0

Meksikada hakim “Morena” partiyasından Konqres üzvü Zenyazen Eskobar Verakrus ştatında güllə yarası ilə ölü tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, federal qanunvericinin meyiti öz avtomobilində aşkarlanıb. Verakrus ştatının baş prokuroru Lisbet Ximenes istintaq materiallarının hazırlandığını bildirib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb.

Meksika Konqresinin aşağı palatası mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Məhkəmə orqanları isə hadisənin bütün hallarının ətraflı araşdırılmasına çağırıb.

Hadisə 2027-ci il iyunun 6-da keçiriləcək seçkilərə hazırlıq fonunda baş verib. Hüquq müdafiəçilərinin məlumatına görə, təkcə iyul ayında Meksikanın 11 ştatında azı 30 siyasi zorakılıq faktı qeydə alınıb. Onlardan 14-ü qətllə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar