İkiqat dünya çempionu  evinin önündə GÜLLƏLƏNDİ
22 avqust 2026 14:35 (UTC +04:00)

İkiqat dünya çempionu evinin önündə GÜLLƏLƏNDİ

0

Cənubi afrikalı keçmiş ikiqat dünya çempionu Zolani Tete evinin qarşısında güllələnərək öldürülüb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, hadisə avqustun 21-də axşam saatlarında Cənubi Afrika Respublikasının Mdantsane şəhərində baş verib. Boksçunun ölümünü onun meneceri Mlandeli Tenqinfene də təsdiqləyib.

Qətlin motivi və hadisəni törədən şəxslərin kimliyi məlum deyil.

Zolani Tete 54 kq çəki dərəcəsində IBF və WBO versiyaları üzrə dünya çempionu olub. O, titul döyüşlərində ən sürətli nokaut rekordlarından birinə də sahib idi. Tete Sibiniso Qonyanı ilk raundun cəmi 11-ci saniyəsində nokauta salmışdı.

2022-ci ildə dopinq qaydalarını pozduğuna görə Tete dörd il müddətinə diskvalifikasiya edilmişdi. Cəza müddəti başa çatdıqdan sonra 38 yaşlı boksçu yenidən rinqə qayıtmağı planlaşdırırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar