İstirahət günləri yollarda 3 nəfər öldü -  KRİMİNAL XRONİKA
19 sentyabr 2022 12:21 (UTC +04:00)

İstirahət günləri yollarda 3 nəfər öldü - KRİMİNAL XRONİKA

Sentyabrın 17-də və 18–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 115-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması təmin olunub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.     
Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.

# 1797
avatar

Sevinc Fərid

Oxşar yazılar