“Özü polisə xəbər verib ki, bacım itib”  - Şəmkirdəki qətlin detalları - YENİLƏNİB2
26 iyul 2026 00:34 (UTC +04:00)

“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları - YENİLƏNİB2

1

Xəbər verdiyimiz kimi, Şəmkirin Mahmudlu kəndində 12 yaşlı qız qətlə yetirilib.

Lent.az xəbər verir ki, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Kənd sakinlərindən biri qızın itkin düşdüyü barədə polisə məlumat verən şəxsin məhz onu bıçaqlamaqda şübhəli bilinən bacısı olduğunu bildirib:

“Ata-ana çörək pulu dalınca gedib, uşaqlar da evdə qalıb. Ailənin üç övladı var. Hadisə zamanı oğlan çöldə, iki bacı isə evdə imiş. Elə özü polisə xəbər verib ki, bacım itib. Nəsə anlaşılmazlıq olub ki, bu hadisə baş verib. Durduğu yerdə niyə öldürsün, niyə döysün, niyə vursun?”

Mərhumun qohumu isə meyitin evin arxasından tapıldığını qeyd edib.

“Meyitini evin arxasından tapıblar. Sonradan məlum oldu ki, bu əməli bacısı törədib, əvvəlcədən bilinmirdi. Uşaqdır da, uşaqdan nə desən çıxar”, – deyə o əlavə edib.

Daha ətraflı “Baku TV”nin süjetində:

***

13:02

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Lent.az APA-ya istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***
24 iyul, saat: 21:57

Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini, 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4029

Oxşar yazılar