Rusiyanın Nijni Novqorod şəhərində kriminal aləmdə “qanuni oğru” Nazar kimi tanınan 50 yaşlı Aleksey Nazarov vəfat edib.
Lent.az xəbər verir ki, Nazarov əvvəllər hədə-qorxu ilə tələb etmə və zorlama cəhdinə görə məhkum olunub. Buna baxmayaraq, kriminal iyerarxiyanın yüksək pilləsində olan şəxslər 2014-cü ildə onu “qanuni oğru” elan ediblər.
Nazarın “taclandırılması”nın Vaja Biqanşvili və Dato Sebiskveradze tərəfindən həyata keçirildiyi bildirilir. Lakin sonrakı illərdə onun kriminal aləmdə nəzərəçarpacaq fəaliyyəti olmayıb.
Bu ilin yanvarında Nijni Novqoroddan olan “qanuni oğrular” “Hamlet” ləqəbli Andrey Qamlevski və “Seka” ləqəbli Sergey Razzhivin, eləcə də onları dəstəkləyən kriminal avtoritet Kamo Qorkovski Nazarın kriminal titulunu əlindən alıblar.