Qəbiristanlıqda pul qazanmaq istəyi baş tutmadı
24 mart 2021 13:55 (UTC +04:00)

Qəbiristanlıqda pul qazanmaq istəyi baş tutmadı

Tovuzda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 6-dan 16-dək olan müddətdə rayon ərazisindəki qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyev saxlanılıb.

# 2505
avatar

Oxşar yazılar