Şirvanda kafedə qızla oynamaq  üstündə İNSİDENT:  saxlanılan var
30 sentyabr 2026 13:35 (UTC +04:00)

Şirvanda kafedə qızla oynamaq üstündə İNSİDENT: saxlanılan var

0

Şirvanda kişi küçədə döyülüb.

Lent.az-ın xəbərinə görə, hadisə “Şirvan” adlı dayanacaqda qeydə alınıb. Hadisəyə səbəb isə Salyan rayonunda kafedə keçirilən ad günü məclisi zamanı baş verən insident olub.

İttiham aktına görə, 38 yaşlı Şirvan şəhər sakini Pərvin Dadaşov (şərti adla) tanışı ilə birgə Salyanın Qaraçala qəsəbəsindəki kafedə bir xanımın ad günü məclisində iştirak ediblər. Məclisdə Pərvin çoxlu spirtli içki içərək sərxoş olub və zərərçəkən Cavidin yanındakı xanımla rəqs etmək istəyib. Lakin Cavid buna icazə verməyib və bu zəmində tərəflər arasında mübahisə yaşanıb. Bundan sonra Pərvin və dostu məkanı tərk edərək Şirvan şəhərinə, “Şirvan” dayanacağı deyilən əraziyə gəliblər. Cavid və qeyri-rəsmi ər-arvad kimi yaşadığı həmin xanım da eyni əraziyə gəlib və burada Pərvinlə yenidən mübahisə başlayıb. Mübahisə zamanı Pərvin əvvəlcə söyüş söyüb, sonra isə təpiklə Cavidi vuraraq, yerə yıxıb. Daha sonra yerdə olan Cavidi təpik və yumruq zərbələri ilə döyərək, bir sıra xəsarətlər yetirib.

Fakt əsasında Pərvin Dadaşov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu bildirib. Zərərçəkən Cavid də Pərvinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə P. Dadaşov 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar