Xırdalanda DƏHŞƏT:  30 yaşlı oğlanı küçədə öldürdülər, 2 nəfər tutuldu  - YENİLƏNİB
20 avqust 2026 12:45 (UTC +04:00)

Xırdalanda DƏHŞƏT: 30 yaşlı oğlanı küçədə öldürdülər, 2 nəfər tutuldu - YENİLƏNİB

1

Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.

***

saat 10:00

Xırdalanda qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Şəhər sakini, 30 yaşlı Rasif Abdullayev küçədə bıçaqlanaraq öldürülüb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1702

Oxşar yazılar