Zaqatalada DƏHŞƏT:  Şizofren nəvənin bıçaqladığı baba öldü - YENİLƏNİB
29 noyabr 2023 00:00 (UTC +04:00)

Zaqatalada DƏHŞƏT: Şizofren nəvənin bıçaqladığı baba öldü - YENİLƏNİB

Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq axşam 21 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib. Y.İbrahimovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
 

***

17.56

Zaqatalada bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, bu gün saat 15:30-da Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

# 20415
avatar

Oxşar yazılar