“WhatsApp” Android istifadəçiləri üçün yeni funksiyanı  sınaqdan keçirir
13 oktyabr 2026 01:34 (UTC +04:00)

“WhatsApp” Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir

0

“WhatsApp” Android istifadəçiləri üçün tətbiqin istifadəsini asanlaşdıracaq yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Lent.az xəbər verir ki, yenilik tətbiqin aşağı naviqasiya panelinə əlavə olunacaq “Kontaktlar” bölməsini əhatə edir.

Bu funksiya vasitəsilə istifadəçilər telefon kitabçasındakı şəxsləri bir yerdə görə və axtardıqları kontaktı daha tez tapa biləcəklər.

Yeni bölmədə “WhatsApp”da həmin an onlayn olan şəxslərin adının yanında yaşıl nöqtə, doğum gününü qeyd edən istifadəçilərin yanında isə tort emojisi görünəcək.

Kontaktları ad, telefon nömrəsi və ya istifadəçi adı ilə axtarmaq da mümkün olacaq.

Məxfilik qaydaları da nəzərə alınıb. Son görülmə məlumatını gizlədən istifadəçilərin onlayn statusu bu siyahıda göstərilməyəcək.

Bundan başqa, telefon kitabçasında olan, lakin “WhatsApp”dan istifadə etməyən şəxsləri də yeni bölmə vasitəsilə tətbiqə dəvət etmək mümkün olacaq.

Hazırda inkişaf mərhələsində olan funksiyanın bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar