Yeni ana olan müğənnimiz rejissorluq edəcək
Yeni ana olan gənc müğənni Günel Məhərrəmova sözləri meyxana ifaçısı Elşən Xəzərə məxsus “Yar-yar” mahnısına klip çəkmək niyyətindədir. Lent.az-a açıqlama verən müğənni bildirib ki, klipin özü çəkəcək: “Düşündüm ki, bu mahnıya özüm klip çəkim. Heç bir rejissora həvalə etmək istəmirəm. Çünki çox baha çəkirlər. Mən İncəsənət Universitetinin rejissor-aktyorluq fakültəsini bitirmişəm. Klipin süjet xətti olmayacaq. Yalnız görüntü olacaq. Bunu özüm də edə bilirəm. Rejissora ehtiyac duymuram”.
Müğənni onu da bildirib ki, musiqisi Xəyal Rzazadəyə, sözləri isə Azər Şirinə məxsus “Kaş ki” ritmik bir mahnısı artıq hazırdır: “Yaxın günlərdə Tunar Rəhmanoğludan daha bir lirik bir mahnı oxumağı da düşünürəm. Çünki mənim ən tutarlı “İllərim” və “Sevmərəm” mahnılarımı Tunar Rəhmanoğlu yazıb”.
Yalçın Süleymanov

Oxşar yazılar

Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33