Türkiyə gözəli  beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı
15 noyabr 2026 04:34 (UTC +04:00)

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

0

 

“Miss Universe 2026” gözəllik müsabiqəsində Türkiyəni təmsil etməsi gözlənilən Alara Eriçin yarışmada iştirakı son anda ləğv edilib. Model xəbəri səfərə çıxacağı gün öyrəndiyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Futbolçu Salih Uçanın sevgilisi olan Eriç ötən il “Miss Charm” yarışmasında da Türkiyəni təmsil edib. Model sosial şəbəkədə yayımladığı videoda beynəlxalq yarışmaya qatılmaq üçün uzun müddət hazırlaşdığını bildirib.

Onun sözlərinə görə, bu məqsədlə təhsilini və işlərini ikinci plana keçirib. Eriç əvvəlki beynəlxalq yarışmada da ölkəsini şəxsi imkanları hesabına təmsil etdiyini, ona verilmiş bəzi vədlərin yerinə yetirilmədiyini iddia edib.

Müsabiqənin Türkiyə üzrə təşkilatçıları da iştirakın ləğvi ilə bağlı açıqlama yayıblar. Model isə başına gələnləri gələcəkdə oxşar yarışmalara qatılmaq istəyən qızların məlumatlı olması üçün ictimailəşdirdiyini bildirib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar