
Latviyalı müğənni Bakıda “Sarı gəlin” oxudu – FOTO
Latviyanın “Eurovision-2012” təmsilçisi Anmari Heydər Əliyev Sarayında “Sarı Gəlin” adlı konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, müğənni konsert proqramında “Sarı gəlin”, “Gəl ey səhər”, “Sən gəlməz oldun” və Azərbaycan dilində daha bir neçə mahnı ifa edib. Konsertdə məşhur bəstəkar Raymond Paulsun mahnılarını, dünya hitlərini və özünün bəstələdiyi mahnıları da ifa edən Anmari bir neçə dəfə Bakı tamaşaçılarına Azərbaycan dilində təşəkkür edib. “Mən sizi çox sevirəm”, “Çox sağ olun” deyən Anmari qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Ölkəmizə dördüncü dəfə səfər edən Anmari Azərbaycana heyran olduğunu deyib.
Müğənnini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edib.
Jalə
Müğənnini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edib.
Jalə
Oxşar yazılar

Urfalı bilinən İbrahim Tatlısesin mənşəyi hər kəsi təəccübləndirir
5 avqust 2025 , 13:13
Süni intellekt Aslan Hüseynovu belə canlandırdı – VİDEO
5 avqust 2025 , 12:26
Cennifer Lopezi alış-veriş mərkəzinə BURAXMADILAR
5 avqust 2025 , 10:58
Maykl Ceksonun çirkli corabları 9 min dollara satıldı
5 avqust 2025 , 10:16
Özcan Dəniz səhnədə partladı: "Ən yaxın adamım məni yıxdı"
4 avqust 2025 , 19:08
Hadisə hönkür-hönkür ağladı – VİDEO
4 avqust 2025 , 14:19
Eşq tətilindən qayıtdı: Hande Erçel uzun müddət sonra ilk dəfə bikinidə
4 avqust 2025 , 13:34