Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu – Kirayə qalmaqalı
14 noyabr 2026 22:17 (UTC +04:00)

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu – Kirayə qalmaqalı

0

 

Türkiyəli aktyor Yılmaz Bayraktar mənzil sahibinin kirayə haqqının artırılması tələbi ilə açdığı məhkəmə işində qalib gəldiyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Aktyorun 2021-ci ildən yaşadığı mənzilin sahibi kirayə haqqının 4 min 250 lirədən 25 min lirəyə yüksəldilməsi tələbi ilə məhkəməyə müraciət edib. İstanbul məhkəməsinin bu tələbi rədd etdiyi bildirilir.

Bayraktar sosial şəbəkədə açıqlama verərək yayılan xəbərlərdə bir məqamın yanlış təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, 4 min 250 lirə hazırda deyil, illər əvvəl ödədiyi kirayə məbləğidir.

Aktyor hər il qanuni kirayə artımlarını həyata keçirdiyini, ödənişlərini vaxtında etdiyini və ev sahibinin təxminən altıqat artım tələbinə qarşı hüquqlarını məhkəmə yolu ilə qoruduğunu vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar