Xumar keçmişinə qayıdır
Müğənni Xumar Qədimova repertuarında onu məşhur edən “Yalan deyil” mahnısını yenidən oxuyub. Bu barədə Lent.az-a məlumat verən müğənni bildirib ki, bu dəfə onu fərqli üslubda lentə aldırıb.
Xumar Qədimova sözügedən çəkilən mahnını rok üslubunda ifa edib, fərqli ampluada görünmək istəyib. Müğənni bu mahnını yenidən oranjeman etdirib. Yeni üslubda ifa olunan mahnıda ozan üslubu da eşitmək mümkün olacaq.
Sənətçi ikinci dəfə müraciət etdiyi mahnını bu dəfə daha kəskin şəkildə ifa edib: “Klipə gəlincə, qarşıda ilk növbədə “Kərtənkələ” var. “Kərtənkələ”yə klip çəkildikdən sonra ola bilsin ki, bu mahnıya da klip çəkilsin”.
Sənətçi Azərbaycanda ilk solo konsertini də gerçəkləşdirmək niyyətindədir. Bir çox konsert təşkilatçılarından təkliflər aldığını deyən sənətçi hələ ki seçimdə çətinlik çəkdiyini açıqlayıb: “Azərbaycan səhnəsində verəcəyi ilk solo konsertinin mükəmməl olmasını arzulayıram. Təkliflərdən hansı məni tam qane etsə, solo konsert reallaşa bilər”.
Lalə Yusifqızı

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08