Cennifer Lopes  yeni mahnısını   təqdim etdi: 57 yaşında hər kəsi TƏƏCCÜBLƏNDİRDİ -  VİDEO
13 noyabr 2026 18:13 (UTC +04:00)

Cennifer Lopes yeni mahnısını təqdim etdi: 57 yaşında hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

0

Dünya şöhrətli müğənni Cennifer Lopes yeni mahnısını ilk dəfə dinləyicilərə təqdim edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur müğənni Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində (The Met) keçirilən tədbirdə yeni mahnısının gözlənilməz təqdimatını edib.

Lopesin yeni musiqi layihəsini ilk dəfə səsləndirməsi pərəstişkarları üçün sürpriz olub. Müğənni enerjili çıxışı və səhnədəki hərəkətləri ilə tədbir iştirakçılarının diqqətini çəkib. Sənətçinin geyim seçimi də müzakirələrə səbəb olub. Cennifer Lopes tədbirə şəffaf detalları olan, bədən quruluşunu vurğulayan kombinezonda qatılıb.

57 yaşlı ulduzun səhnə görünüşü və performansı sosial şəbəkələrdə maraq doğurub.

Qeyd edək ki, Cennifer Lopes musiqi karyerası ilə yanaşı, fərqli səhnə kostyumları və diqqətçəkən geyim seçimləri ilə də tez-tez gündəmə gəlir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar