Rza Zərrab Azəri Güneli prokurorluğa verdi
Azərbaycan əsilli iş adamı Rza Zərrab sabiq sevgilisi Azəri Günel tərəfindən ölümlə təhdid edildiyini iddiasıyla prokurorluğa üz tutub.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğuna gedən Rza Zərrabın vəkili iş adamı ilə sevgilərinin bitməsindən sonra Günel və ailəsinin müdafiə etdiyi şəxsə zərər vermək üçün hər yola əl atdığını bildirib.
İş adamının iddia ərizəsində qeyd olunur ki, Günel və ailəsi əvvəlcə internet saytlarında yalan xəbərlər yayaraq, onun Ebru Gündəşlə münasibətlərini pozmağa çalışıb, bunu bacara bilməyəcəklərini anlayandan sonra təhdidlərə başlayıb. O, həyatı üçün təhlükə olduğunu iddia edib.
Rza Zərrab iddia ərizəsində bildirib ki, Günelin atası Rəhman Zeynalov “Turuncu” saytının sahibi olan Tunç Erden Yakar və onun ofisində çalışan Turqut Happanini arayaraq, iş adamını öldürəcəyini, başına güllə sıxacağını söyləyib. Günelin anası Zöhrə Zeynalova da onun vəkilini arayaraq, eyni təhdidləri təkrarlayıb. İddia ərizəsində yazılır ki, Günel və ailəsi iş adamına aid olan mənzildə qalır və müraciətlərə baxmayaraq, həmin mənzili tərk etmir: “Bu insanların itirəcəkləri bir şey qalmayıb və Türkiyəni tərk etmək məcburiyyətində qalacaqları üçün mənim həyatıma ciddi təhlükədirlər”.
Rza Zərrabın vəkili vurğulayıb ki, Günel Türkiyə vətəndaşı deyil, Türkiyədə icazəsiz çalışır, musiqi albomu çıxararaq və teleproqramlarda çıxış edərək, qanunsuz qazanc əldə edir. İddia ərizəsində Günelin psixi pozğunluğu var, cinayət etməyə hər an hazır olduğu yazılıb. Rza Zərrab Günel haqqında cinayət işinin başlanmasını və onun cəzalandırılmasını istəyir.

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08