İradə İbrahimova Türkiyə şou-biznesinə qatılır
02 fevral 2010 16:15 (UTC +04:00)

İradə İbrahimova Türkiyə şou-biznesinə qatılır

Ailə qurduqdan sonra Türkiyədə məskunlaşan müğənni İradə İbrahimova qardaş ölkənin şou-biznesinə qatılmağa hazırlaşır. Bu barədə Lent.az-a məlumat verən müğənninin mətbuat katibi Zəminə Rəhimqızı bildirib ki, TRT-Avaz kanalında yayımlanacaq “Sərhəd tanımayan eşqlər” layihəsinin çəkilişindən sonra İradə İbrahimova ilə dostluq münasibətlərini daha da sıxlaşdıran layihənin aparıcısı, azərbaycanlı aktrisa Məlahət Abbasova onun qonşu ölkənin incəsənətində görünməsini vacib olduğunu və ona lazımi dəstək göstərəcəyini bildirib. Artıq Türkiyənin bir neçə telekanalı azərbaycanlı sənətçinin efirdə çıxışını təmin edib. Digər təkliflər isə həllini yaxın günlər üçün tapacaq.

Qeyd edək ki, fevralın 3-də yerli vaxtla saat 20:00-da TRT-Avaz kanalında “Sərhəd tanımayan eşqlər” layihəsinin növbəti verilişi nümayiş etdiriləcək. Veriliş ailə qurandan sonra başqa ölkələrdə yaşayan tanınmışlardan bəhs edir.

Ötən ay İradə xanımın evində qonaq olan çəkiliş qrupu onun və ailə üzvlərinin fikirləri ilə tanış olub, ailə söhbətlərini dinləyiblər. Saat yarımlıq vaxtı əhatə edən veriliş iki hissəlidir. Birinci hissə fevralın 3-də, ikinci isə fevralın 10-da eyni vaxtda yayımlanacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39