Filipp Kirkorov övladlarının mirası  ilə bağlı qərar verdi
15 noyabr 2026 05:23 (UTC +04:00)

Filipp Kirkorov övladlarının mirası ilə bağlı qərar verdi

0

 

Rusiyalı müğənni Filipp Kirkorov vəfat edəcəyi təqdirdə övladlarının maddi təminatı ilə bağlı əvvəlcədən tədbir gördüyünü açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.

Müğənni jurnalist Gera İvaşenko ilə söhbətində uzun illər səhnədə fəaliyyət göstərməsinə baxmayaraq, övladlarının gələcəyini tam təmin etmək üçün hələ də işləməli olduğunu bildirib.

Kirkorov qazancının böyük hissəsini musiqi kliplərinə, konsert proqramlarına, səhnə layihələrinə və geyimlərinə xərclədiyini söyləyib. O, Alla-Viktoriya və Martin üçün kifayət qədər maliyyə ehtiyatı yaratmaq istədiyini vurğulayıb.

Müğənni övladlarının onun ölümündən sonra maliyyə məsələlərində köməksiz qalmaması üçün qəyyum müəyyənləşdirdiyini də açıqlayıb. Onun sözlərinə görə, uşaqların böyük məbləğdə vəsaiti müstəqil idarə etmələri üçün hələ tezdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar