Səməd Səmədov gənc müğənnilərdən narazılıq edib
Azərbaycanın əməkdar artisti Səməd Səmədov, yerli şou-biznesdə, xüsusən bəzi gənclər arasında tüğyan edən mədəniyyətsizliyə, böyük-kiçik yerinin bilinməməsinə üsyan edir. Bu barədə əməkdar artist Lent.az-a açıqlamasında danışıb: “Mən, uşaqlıq illərindən başlayaraq, ciddi rejimdə böyümüşəm. Atamın dediyi bir söz indi də qulaqlarımda səslənir: “Səməd, onu bil ki, ağac bar verdikcə, həmişə başını aşağı salmalıdır”. Bu gün də bu sözləri rəhbər tutub yaşayıram. Mən müəllimlər oğluyam. Valideynlərimin qoyduğu yolu indi bacılarım davam etdirir. Bunu ona görə xatırlatdım ki, mən imkanlı ailədə böyüməmişəm. Sovet vaxtı müəllimlərin maaşı çox az idi. Açıq deyəcəyəm, öz alnımın təri və ən əsası, Allahın köməkliyi ilə nailiyyətlər əldə edib, zirvəyə ucalmışam”.
Əməkdar artist, ad çəkməsə də səhnədə özündən yaşca çox kiçik olan bəzi gənc ifaçıların yerli-yersiz hərəkətlərini həzm edə bilmədiyini dilə gətirdi: “Məncə, bu, özbaşınalıqdır. Heç kimə ixtiyar verilməyib ki, qalmaqal xatirinə ağzına gələni danışsın. Şou-biznes dərəbəylik deyil axı. Düzdür, bütün gənc ifaçılar mənə hörmət etsələr də onların bəzilərinin hərəkətləri ilə barışa bilmirəm. Çox istərdim ki, bu üsyanıma yaşıdlarım da qoşulsunlar. Və hamılıqla gənclərə öyüd-nəsihət verək”.
Müğənni deyib ki, yaxın gələcəkdə senzura tətbiq edilməsə də, onu əvəzləyəcək hansısa metod olmalı, sənətçilər üçün müəyyən qadağalar yaranmalıdır.
Leyla

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17