“Drip drop” klipi aprelin 25-də təqdim olunacaq
May ayında Osloda keçiriləcək 55-ci Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısına klip çəkilişləri davam edir. Ukraynada aparılan çəkilişlər yaxın günlərdə bitəcək və klip aprelin 25-də təqdim olunacaq. Bu açıqlamanı www.itv.az saytına “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, klip ukraynalı rejissor tərəfindən çəkilir və mahnının mövzusuna və ritminə uyğundur.
A.Kərimli deyib ki, hazırlıq proqramına uyğun olaraq Safura Əlizadə bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcək: “Klip təqdim olunduqdan sonra təmsilçimiz Danimarka və İslandiyada konsert proqramı ilə çıxış edəcək. Bundan sonra digər ölkələrdə də bu kimi konsertlərin təşkil ediləcəyi planlaşdırılır”.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, hazırda Safura Əlizadə səhnə görünüşü və performansı üzərində çalışmaqla bərabər, həm də ingilis dili biliklərini artırır: “Əsas odur ki, ifa və performans tamaşaçıların yadında qalsın. Hazırlıq prosesi mayın 15-dək tam yekunlaşacaq”.
Itv.az

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17