Məşhur aktyorların bir seriyadan  qazandıqları   pullar açıqlandı – Fantastik  məbləğlər
13 noyabr 2026 19:59 (UTC +04:00)

Məşhur aktyorların bir seriyadan qazandıqları pullar açıqlandı – Fantastik məbləğlər

0

Türkiyənin məşhur aktyorlarının serialların hər bölümündən qazandıqları məbləğ açıqlanıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, televiziya sektorunda istehsal xərclərinin artması və reklam gəlirlərinin azalması fonunda tanınmış aktyorlara ödənilən qonorarlar gündəmə gəlib.

Məlumata görə, ən yüksək qonorar alan aktyorlar Ozan Akbaba və Uraz Kaygılaroğludur. Onların hər birinin çəkildiyi serialın bir bölümündən 1 milyon 500 min Türkiyə lirəsi qazandığı iddia edilir.

Siyahının ikinci pilləsində Deniz Can Aktaş və Tolqa Sarıtaş qərarlaşıb. Məlumata əsasən, hər iki aktyor bir bölüm üçün 1 milyon 200 min lirə qonorar alır. Məşhur aktrisalar Sinem Ünsal və Devrim Özkanın isə hər bölümə görə 1 milyon lirə qazandığı bildirilir.

Məşhur aktyorların bir bölüm üçün aldıqları iddia edilən qonorarların tam siyahısı belədir:

Ozan Akbaba – 1 milyon 500 min lirə

Uraz Kaygılaroğlu – 1 milyon 500 min lirə

Deniz Can Aktaş – 1 milyon 200 min lirə

Tolqa Sarıtaş – 1 milyon 200 min lirə

Sinem Ünsal – 1 milyon lirə

Devrim Özkan – 1 milyon lirə

Ulaş Tuna Astepe – 850 min lirə

Feyyaz Duman – 850 min lirə

Deniz Baysal – 750 min lirə

Nehir Erdoğan – 750 min lirə

Çağan Efe Ak – 700 min lirə

Rahimcan Kapkap – 625 min lirə

İlker Aksum – 600 min lirə

Bensu Soral – 600 min lirə

Ava Yaman – 500 min lirə

Yüsra Geyik – 500 min lirə

Ceren Ayruk – 500 min lirə

Ata Yaşat – 250 min lirə

Beləliklə, açıqlanan rəqəmlərə əsasən, ən yüksək və ən aşağı qonorar arasında altı dəfə fərq var.

Qeyd edək ki, yayılan məbləğlər rəsmi şəkildə təsdiqlənməyib və aktyorların qazancı ilə bağlı mediada yer alan iddialara əsaslanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar