Jurnalistlər seçəcək, 10 müğənnimiz xarici radiolara çıxacaq
Bundan sonra xarici ölkələrin radiostansiyalarında yerli media nümayəndələrinin seçdiyi azərbaycanlı müğənnilərin mahnıları müntəzəm olaraq yayımlanacaq. Bu barədə Lent.az-a “İnRadio” radiostansiyasının rəhbəri Elxan Xanəlizadə məlumatı verib. Onun sözlərinə görə, qonşu Gürcüstan və Qazaxstanın populyar radiostansiyalarında səsləndirilməsi üçün Azərbaycanın ən sevilən müğənnilərinin mahnıları seçilərək göndəriləcək. Belə ki, “İnRadio” yerli media nümayəndələri arasında sorğu keçirəcək və jurnalistlərin daha çox adını çəkdiyi 10 azərbaycanlı müğənninin repertuarları Gürcüstan və Qazaxstan radiolarında səsləndiriləcək.
“İnRadio” rəhbərinin bildirdiyinə görə, media nümayəndələri seçim edərkən onlara hər hansı bir məhdudiyyət qoyulmayacaq. Yəni, jurnalistlər əvvəlcədən tərtib olunan siyahıdan kimisə seçməyəcək, sərbəst seçimlə bəyəndikləri və xaricdə təbliğ edilməyə layiq gördükləri müğənnilərin adlarını çəkə biləcəklər. Seçimlərin nəticələrinə uyğun olaraq onluğa düşən müğənnilərin adları mediaya bildiriləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46
Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00