Alim Qasımovun   mahnısı məşhur oyunda – Qalmaqal iddialarına cavab
19 noyabr 2026 12:51 (UTC +04:00)

Alim Qasımovun mahnısı məşhur oyunda – Qalmaqal iddialarına cavab

0

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan “GTA 6”nın musiqi siyahısına daxil edilib.

Lent.az xəbər verir ki, sənətçilərin ifası oyundakı “Kaleidoscope FM” radiosunda “Say It Right” adı ilə yer alıb.

İngilis dilində səslənən mahnının nəqarət hissəsində xanəndələrin ifasından istifadə olunub.

Maraqlıdır ki, ifanın oyunda yer alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi tamaşaçılar mahnının sənətçilərin müəllif hüquqları nəzərə alınmadan istifadə edildiyini düşünsələr də, Alim Qasımov məsələ ilə bağlı açıqlama verərək yayılan suallara aydınlıq gətirib.

Xalq artisti mahnının “Rockstar Games” şirkəti ilə əməkdaşlıq çərçivəsində oyunda istifadə olunduğunu bildirib.

“Rockstar Games” tərəfindən hazırlanmış açıq dünya döyüş-macəra videooyunu olan “Grand Theft Auto VI”da (GTA 6) Fərqanə Qasımova ilə birgə oxuduğumuz “Say It Right” adlı mahnımız oyun səhnəsində istifadə olunub. İzləyicilərimizin nəzərinə çatdırırıq ki, mahnımız “Rockstar Games”lə rəsmi əməkdaşlığımız çərçivəsində istifadə olunur”, – deyə sənətçi qeyd edib.

Qeyd edək ki, layihənin əməkdaşlıq üzrə icraçıları İlkin Robin və Young Caseyme, mahnının aranjimanı üzrə isə Fərid Mərd göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar