NEXT-in oğlanlarını gimnast qızlarla nə bağlayır?
Bu barədə Lent.az-a qrupun mətbuat xidmətindən bildirilib. Məlumata görə, qrup sentyabr ayından etibarən hələ ki, sirr saxladığı layihələrini davamlı olaraq geniş kütləyə təqdim edəcək. NEXT ilk olaraq, “Love for sale” albomundan “Dans et” mahnısına çəkilən klipi tamaşaçıların ixtiyarına verəcək. Hazırda Ukraynada klipin montaj prosesi gedir. “Dans et” mahnısının musiqisi Aybəniz Güllərə, sözləri isə Güllər xanıma aiddir. Etno-pop janrında olan musiqidə nağara, saz alətlərinin elementlərindən də istifadə olunub. Klipin beynəlxalq standartlara uyğun olması üçün çəkilişlər zamanı xaricdən yaradıcı qrup və texniki avadanlıqlar gətirilib. Məxsusi olaraq bu ekran işi üçün gürcü dizaynerləri tərəfindən led dekor hazırlanıb.
Sözügedən yeniliyə gəlincə isə bu, klipdəki həmkarları ilə bağlıdır. Bu ekran işində Bədii Gimnastika Federasiyasının çempion qızları çəkilib: “Azərbaycanın bədii gimnastika sahəsindəki uğurları artıq beynəlxalq aləmə bəllidir. Ona görə də istədik ki, gimnastlarla bərabər görünərək, öz dilimizdə milli elementlərlə zəngin musiqimizi dünyaya çatdıra bilək”.
Qeyd edək ki, Azərbaycanda bahalı kliplərdən sayılacaq bu ekran işinin digər ölkələrdə də nümayişi nəzərdə tutulur.
Xəyalə

Oxşar yazılar

Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46
Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00