Nura Dərbənddən məhsul yığımından qayıdıb - FOTO
Bu barədə Lent.az-a məlumat verən müğənni deyib ki, bu bayram həm məhsul yığımı kimi, həm də şəhərin ad günü kimi qeyd edilir.
O, dərbəndlilərin çox qonaqpərvər olduqlarını qeyd edib: “Xüsusilə də Azərbaycandan gələn sənət adamların böyük hörmət və sevgilərinin şahidi oldum. Mənə burda dedilər ki, getmə, orda şəhərdə gəzmək təhlükəlidir. Ancaq getdim. Bayramla əlaqədar Dərbəndin böyük stadionunda möhtəşəm bir tədbir keçirildi. Səhər saat 9-da başlayan bayram tədbiri axşam saat 23-ə qədər davam etdi. Ən maraqlısı və mənim diqqətimi çəkən məqamlardan biri də o oldu ki, stadiondan kənarda saysız hesabsız stollar açılmışdı. Stollarda Dərbəndin milli mətbəxini əks etdirən yeməklər, təamlar düzülmüşdü. Hər stolun başında da musiqiçilər müxtəlif qrup şəkildə musiqilər ifa edirdilər. Həqiqətən bu mənzərə məndə çox böyük təəssürat yaratdı. İstədim yeni bir mahnı hədiyyəsi aparım. Ona görə də Aynur Adilqızına müraciət etdim. Məhz dərbəndlilər üçün məxsusi mahnı hazırladıq. Aynur xanım sözləri Klim Sultanova məxsus olan bir mahnını mənə təqdim etdi, oxudum. “Dərbəndim” mahnısı Samir Şirinov canlı instrumental ansamblla aranjeman etmişdi”.
Nura Dağıstanın Xalq Məclisinin nümayəndəsi Maqammedsultan Beybulatoviçə və Dərbənd rayon İcra Strukturunun başçısı Qurban Səid oğlu Qurbanova göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib.
Lalə

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35