Röya və Zamiqdən “Doğma diyar” layihəsinə möhtəşəm sonluq
Lent.az-ın məlumatına görə, layihəsi Qubada başlayıb və sonra Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində keçirilib.
Konsert “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
İndiyə qədər keçirilən konsertlərdə pərəstişkar sevgisi ilə qarşılaşan cütlük izdiham yaratmaq ənənəsinə sadiq qalıb. Konsertə 10 min tamaşaçı gələcəyini gözləyən sənətçilər gözləntilərində yanılmayıblar. Konsertə saatlar öncə gələn fanatlar Bakı İdman Sarayının qarşısında saatlarla növbə gözləməli olublar.
Nəhayət ki, Röya və Zamiqin “Doğma diyar” konsert turu çərçivəsində yekun konsertinin proqramı açıq elan olunub. Samir Bayramlı və Sevinc Ağaşirinovanın aparıcılıq etdiyi konsertdə bir çox məşhur şəxslər, eləcə də ARDNŞ-in nümayəndələri iştirak edib.
Konsert Röya və Zamiqin yüksək səviyyəli perfomansı ilə yadda qalıb. İlk öncə səhnəyə Zamiq çıxıb və “Nero” rəqs qrupunun müşayiətilə 13 mahnı ifa edib. Daha sonra gur alqışlarla səhnəyə dəvət olunan Röya qara, uzun gecə geyimində Zamiqlə birgə “Sevişiyorum” mahnısını ifa edib. Bundan sonra Röya “Nero” rəqs qrupunun müşayiəti ilə səhnədə solo ifaya başlayıb. O, ümumilikdə 11 mahnı oxuyub. Ayaq üstə qalan tamaşaçılar da rəqs edən müğənniyə qoşulublar.
Sonda səhnəyə Azərbaycan Dövlət Neft Şirkətinin rəsmisi çıxıb və Röyanı təmsil etdiyi idarənin diplomu ilə təltif edib.
Lalə Yusifqızı
Foto: Hüseyn Bağırov

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10