İhamə Quliyeva Flora Kərimovanın iddiası üzrə cavabdehliyi öz üzərinə götürdü
22 may 2009 12:45 (UTC +04:00)

İhamə Quliyeva Flora Kərimovanın iddiası üzrə cavabdehliyi öz üzərinə götürdü

Proses davam edir

Bu gün Binəqədi Rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artisti İlhamə Quliyevanın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərliyə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında hazırlıq iclası keçirilib.

Flora Kərimovanın hüquqi nümayəndəsi Qurban Məmmədovun Lent.az-a verdiyi məlumata görə, iclasda F.Ələkbərlinin vəkili və nümayəndəsi Şəfiqə Nağıyeva İlhamə Quliyevaya aid sənəd təqdim edib.

İlhamə Quliyeva notarial qaydada təsdiq olunan sənəddə bildirib ki, bütün məsələlərdə юзц məsuliyyət daşıyır.

Həmin ərizəyə əsaslanaraq Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən İlhamə Quliyeva cavabdeh kimi cəlb olunacaq.

Məhkəmə prosesi davam etdiriləcək.

Lalə Yusifqızı
# 832

Oxşar yazılar