Maneken Nigar Talıbovaya “dilini qopardaram!” dedilər
27 may 2009 15:15 (UTC +04:00)

Maneken Nigar Talıbovaya “dilini qopardaram!” dedilər

Həmkarları məşhur manekenin açıqlamalarına sərt cavab verib
Türkiyədə yaşayan azərbaycanlı maneken Nigar Talıbovanın “Bugün” qəzetinə verdiyi açıqlamalar podium aləmində səs-küy yaradıb. Lent.az-ın məlumatına görə, Talıbovanın “həmkarlarım zəngin kişi axtarışına çıxıb”açıqlamalarından sonra həmkarları onun haqqında müxtəlif fikirlər səsləndirib.
Manekenlərin bir çoxu Nigarın fikirlərinə qatılsa da, bu qədər sərt dillə tənqid etməsini düzgün hal hesab etməyib.
Eşq dedi-qoduları ilə mətbuatın gündəmində olan məşhur maneken Aysu Bacaoğlu isə Nigarın açıqlamalarına sərt ismarıcla cavab yollayıb: “Bu peşənin sahibi olub, lakin işini bəyənməyən insanlara nifrət edirəm. Varlı kişi ilə birlikdə olmayıb, bulka satan axtarmayacağıq ki! Nigar manekenlər arasında əxlaq dərsi verməyi unudub, dövlətə nə qədər vergi verdiyini söyləsin. Heç kimə dostlarım haqqında bu cür danışmağı icazə vermərəm. Danışsa, dilini qopardaram!”
Lalə Yusifqızı
# 689

Oxşar yazılar