
Aysel Teymurzadə “Turkvision”nun açılışında iştirakdan imtina edib
“Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə Türkiyədə keçiriləcək “Turkvision” yarışmasına dəvət olunub. APA-nın məlumatına görə, sözügedən müsabiqə 23-28 iyun tarixlərində Türkiyənin Pamukkale turizm zonasında keçirilməsi nəzərdə tutulub. Türkdilli dövlətlərinin təmsil olunacağı müsabiqə Türkiyənin TRT kanalı ilə canlı yayımlanacaq. Müsabiqənin açılış mərasimində çıxış etmək üçün isə “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Türkiyəni təmsil edən Hadisə Açıqgöz dəvət olunub. A. Teymurzadənin ailəsindən APA-ya bildirilib ki, gənc müğənni həmin ərəfədə başqa ölkədə səfərdə olması səbəbindən bu dəvəti qəbul edə bilməyib. A. Teymurzadə həmin vaxt Yunanıstanda səfərdə olacaq və orada duet ortağı Araşla birgə konsert proqramı ilə çıxış edəcək. Məlumatda o da bildirilib ki, Aysel Teymurzadə bu gün İsveçə yola düşüb. Müğənni İsveçdə Araşla birgə bir neçə layihəni həyata keçirmək niyyətindədir.
Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10