Müğənni Çelikin məhkəmə iddiası rədd edildi
Haqqında “bəstə oğrusu” və “təriqatçı” iddialarına etiraz edib məhkəməyə baş vuran Çelikin iddiası təmin olunmayıb
Müğənni Çelikin Memar Ayşe Ersoya qarşı irəli sürdüyü təzminat davası rədd olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir müddət öncə Ayşə Ərsoy müğənni Çelikin albomunda yer alan 27 mahnının müəllifi olduğunu iddia etmişdi. Ayşə Ərsoyun açıqlamasına görə, 10 il evli olduğu həyat yoldaşı – “Dost” Təriqətinin Lideri İhsan Güvən ondan bəstələrini müridi hesab olunan Çelikə verməyi istəyib.
Evli olduğu müddət içində bu sirri saxlamaq məcburiyyətində olduğunu söyləyən Ayşə Ersoy əri öldükdən sonra Müəllif Hüquqları Məhkəməsinə müraciət edərək, mahnıları öz adına qeydiyyatdan keçirmək istəyib. Lakin məhkəmədə əlində kifayət qədər sübut ola bilmədiyi üçün qalib gələ biməyən Ersoy apellyasiyaya müraciət etmişdi.
Çelik də öz növbəsində Sarıyer Asliyə Hüqüq Məhkəməsində Ayşe Ersoya qarşı iddia irəli sürmüşdü. Ayşe Ersoyun "bəstə oğrusu" və “təriqətçi” deyərək hüququnu tapdaladığını iddia edən Çelik 105 min TL maddi-mənəvi təzminat istəmişdi. Məhkəmə şərtləri yetərli qəbul etməyərək, iddianı rədd edib.
Lalə Yusifqızı

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10